Ayətullah Xamenei:
Sanksiyalar dayandırılmalıdır / İranın bölgədəki iştirakı qətidir
Ayətullah Xamenei, İranın müdafiə gücünün yüksəkliyini vurğulayaraq xatırladıblar: İslam Respublikasının raketi bir dronu vurub yerə salırsa və Eynəl-Əsəd bazasını məlum olduğu şəkildə hədəfə ala bilirsə, düşmən öz hesablamalarında bizim müdafiə qabiliyyətimizi yaxşıca başa düşüb nəzərə alacq.
SəhərAzəri xəbər verir, Ayətullah Xamenei bu gün səhər 19 dekabr Qum əhalisinin tarixi inqilabçıl hərəkatının ildönümü münasibətilə etdiyi çıxışında müxtəlif dixili və xarici mövzulara aydınlıq gətiriblər.
İslam İnqilabı Rəhbərinin Müxtəlif tele kanallar vasitəsi ilə canlı yayımlanan çıxışlarından bəzi məqamlar belədir:
- Şəhidimiz sərdar Süleymaninin şəhid olmasının ildönümündə möhtəşəm və epik bir hərəkat yaratmış əziz xalqımıza təşəkkür edirəm. Bu böyük xalq hərəkatı heç bir əmr və ya təlimatla həyata keçirilə bilməzdi.
- Mən Kermanda şəhidimizin dəfnində ölən şəhidləri və Tehranda çox acı təyyarə qəzası şəhidlərini xatırlamalıyam, bu həqiqətən acı bir qəza idi və hamımızı kədərləndirdi. İnşallah həm Kerman, həm də Tehran şəhidləri Allahın rəhmətinin civarında olacaq və Allah onların ailələrinə səbr əta edəcəkdir. Əlbətdə ki, bu baxımdan səlahiyyətlilərə bir vəzifə olaraq edilməsi lazım olan nöqtələr də vurğulandı.
- 10 Yanvar qiyamı ilə bağlı iki şey söylənilməlidir; Birinci 19 Yanvar hadisəsinin xatirəsini qorumalıyıq, ikincisi onun müraciətiniini qorumalıyıq.
- Qum əhalisinin hərəkati əsasən dini bir hərəkat idi. Rəhbər, hərəkətlərini dini zəmində aparan görkəmli bir din xadimi və Təqlid
Mərcəi idi.
-Qum hərəkatı, diktatora , korrupsionerə və Pəhləvi rejiminə zidd bir hərəkat idi. Yəni bu qiyamın həm dini, həm də Amerika əleyhinə cəhətləri var idi. 10 Yanvar qiyamı, Ebrahimi çəkicin böyük Amerika bütinə vurulan ilk zərbə idi.
- Bu gün böyük bütün vəziyyətini görürsünüz. Bu, onların seçkiləri, demokratiyaları və insan hüquqlarıdır, hər gün bir qaradərili adamı səbəbsiz yerə öldürürlər və heç bir qatil də tapılmır. Dünyada lağa qoyulan dəyərləri də göz önündədir və milyonlarla insanı ac və işsiz qoyan iqtisadiyyatları da budur. İndi bu vəziyyətlə bəzilərinin qiblələri Amerika olub.
- Bəzi insanlar ABŞ-la razılaşıb danışıqlar aparsaq, ölkənin cənnətə çevriləcəyini düşünürlər. Xeyr, yox. Pəhləvi rejimi dövründə ölkədəki vəziyyətə bir nəzər yetirin. Adlarını çəkməyəcəyim, ancaq tanıdığınız bölgə ölkələrindəki vəziyyətə baxın və daim Amerikanın daşını döşünə vuranların vəziyyətini görün.
- ABŞ öz maraqlarını bölgənin qeyri-sabitliyində görür. O bölgədə tam hakim olmayınca, bu qeyri-sabitliyi əsas götürəcək və bunu özləri də söyləyirlər.
- Amerikadakı məlum şəxsin cəfəngiyatının əksinə olaraq bölgədəki qeyri-sabitliyin səbəbkarı biz deyilik, ABŞ-dır.
- 2009-cu ildə Amerika, 2021-ci ildə başlarına gələnlər ilə eyni şəkildə İranı sabitsizləşdirmək istədi və Uca Allah onlara İranın vətəndaş müharibəsi başlatmasını istədikləri vəziyyəti öz başlarına gətirdi.
- Sanksiyalara gəlincə; Qərb Cəbhəsi və düşmənlərimiz bu məkirli hərəkəti dərhal dayandırmalıdır. Bütün sanksiyalar ləğv edilməlidir ki, bu da yalnız İran rəsmilərinə deyil, İran xalqına qarşı xain bir addımdır.
- Sanksiyaları ləğv etməlidirlər, amma etməsələr də, sanksiyalar əsasən təsirsiz olmaqdadır, sanksiyaların olub və olmaması və düşmənin hərəkətləri ilə bağlı problem yaşamamağımız üçün ölkə iqtisadiyyatını da planlaşdırıb, gücləndirməliyik.
- Bölgədə iştirak haqqında; İslam Respublikası, dostları və tərəfdarlarının bölgədə güclənəcəyi şəkildə hərəkət etmək məcburiyyətindədir. Bu bizim borcumuzdur. Tərəfdarlarımız və dostlarımızın zəifləməsinə imkan verməməliyik. Bu, sabitliyi gücləndirən bizim varlığımızdır. Bu iştirak qəti və mövcud olmalıdır.
- Müdafiə gücü haqqında; İslam sistemi ölkəni elə saxlamamalıdır ki, Səddam kimi yaramazın biri gəlib Tehranı bombalasın və biz imkanımız olmadığından heç nə edə bilməyək.
- İslam Respublikasının raketi bir dronu vurub yerə salırsa və Eynəl-Əsəd bazasını məlum olduğu şəkildə hədəfə ala bilirsə, düşmən öz hesablamalarında bizim müdafiə qabiliyyətimizi yaxşıca başa düşüb nəzərə alacq.