Yan 09, 2021 13:13 Asia/Baku
  • İran rəsmisi: Qarabağ bölgəsinin bərpasında Ərdəbilin bacarıqlı şirkətlərindən istifadə ediləcək

Ərdəbil Ticarət, Sənaye və Mədənlər Palatasının sədri deyib ki, Qarabağ bölgəsinin bərpasında Ərdəbilin bacarıqlı şirkətlərindən istifadə ediləcək.

SəhərAzəri xəbər verir, Ərdəbil Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Hüseyn Pirmüəzzin qeyd edib ki, yaxın vaxtlarda İran- Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasını keçirməklə Ərdəbil vilayətinin güclü şirkətlərindən Qarabağ bölgəsini canlandırmaq üçün istifadə ediləcək”.

H.Pirmüəzzin, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə keçirdiyi videokonfransda bildirib: "Ərdəbil vilayətinin becərmə və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yaxşı üstünlüyə malikdir və Qarabağ bölgəsinin kənd təsərrüfatı sektorunun dirçəldilməsində iştirak etmək üçün bacarıqlı və təcrübəli şirkətlərdən istifadə edilməlidir".

O, bu sahədə ixtisaslaşmış və bacarıqlı şirkətlərin İran- Azərbaycan Birgə İqtisadi Komissiyasına təqdim edilməsi məqsədilə onların dəqiq müəyyənləşdirilməsini vacib hesab edərək deyib: "Komissiyanın yaxın gələcəkdə keçiriləcək iclasında Azərbaycan tərəfi ilə bu məsələdə razılıq əldə edilməsi üçün zəmin yaradılmalıdır".

H.Pirmüəzzin, habelə birgə investisiya qoyuluşunu, xüsusən də Dağlıq Qarabağın bərpasında tərəflər arasında iqtisadi əməkdaşlığın digər sahələrindən biri kimi qeyd edib və vurğulayıb ki, bu sahədə fəaliyyət göstərən şirkətlərin, əlaqəli sənayə müəssisələrinin, istedadlı və bacarıqlı investorların siyahısı indidən hazırlanmalı və Azərbaycan tərəfinə təqdim edilməlidir.

Teqlər