Yan 09, 2021 13:45 Asia/Baku
  • İran tərəvəz və bostan məhsulları yetişdirmə baxımından dünyada 5-ci yerdədir

İran çeşidli iqlim şəraitinə görə, Yaxın Şərqdə tərəvəz və bostan məhsullarının ən böyük istehsalçısı və ixracatçısıdır. Belə ki, bu ölkənin cənubunda, hətta qış fəslinin ortalarında belə tərəvəzlər yetişdirilir və bu məsələ, qonşu ölkələrin çoxunun qışda ehtiyac duyduğu tərəvəz və bostan məhsullarını İrandan idxal etməsinə səbəb olur.

SəhərAzəri xəbər verir, İranın tərəvəz və bostan məhsulları əsasən Fars körfəzinin cənub sahillərinədəki ölkələrə, İraq və Rusiyaya ixrac edilir.

Dünyada kənd təsərrüfatının 60 milyon hektarı bir milyard ton məhsul verən tərəvəz və bostan məhsullarına ayrılıbdır. İranda da əkinçilik təsərrüfatlarının 800 min hektarı tərəvəz və bostan məhsullarına ayrılıb ki, onlardan illik 25 milyon ton məhsul əldə edilri. Bu statistikalara əsasn, İran əkinçilik sahəsi baxımından dünyada 7-ci və istehsal həcmi baxımından 5-ci yerdədir.

İranda hazırda tərəvəz və bostan məhsullarının əkin sahəsi 800 min hektardır və illik 25 milyon ton müxtəlif növ məhsul, o cümlədən kələm, kahı, tərəvəz, kök, kartof, pomidor və sairə istehsal edilir ki, bu da bu sahənin ailələr üçün yüksək qida çeşidliliyini göstərir.

Teqlər