Yan 10, 2021 12:27 Asia/Baku
  • Sanksiyalar ləğv olunmasa, MAQATE müfəttişləri qovulacaq

Əmirabadi vurğulayıb ki, İrana qarşı tətbiq olunan sanksiyalar 21 fevral tarixinədək ləğv edilməsə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərini ölkədən mütləq çıxaracaqlar.

SəhərAzəri xəbər verir, İran İslam Şurası Məclisinin Qum şəhərindən olan deputatı Əhməd Əmirabadi Fərahani dünən (9 yanvar) qonaq olduğu televiziya proqramında Məclisdə çıxarılan sanksiyalarla strateji mübarizə qanunu ilə əlaqədar açıqlama verib: "İrana qarşı sanksiyalar, xüsusilə maliyyə, bank və neft sahəsindəki məhdudiyyətlər 21 fevral tarixinə qədər götürülməsə, MAQATE müfəttişlərini ölkədən mütləq çıxaracağıq.
Bu tarixə qədər sanksiyalar götürülməsə, İran könüllü olaraq imzaladığı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) əlavə protokolunun tətbiqini dayandıracaq. Bu, İran Parlamentinin qanunudur və hökumət onu tətbiq etməyə məcburdur.
Amerikalılara bir ay vaxt verdik və ABŞ-ın yeni hökuməti 21 yanvarda qurulacaq. Sanksiyaların ləğvi üçün 21 fevrala qədər tədbir görməlidirlər, əks təqdirdə İran İslam Respublikası xalqın xeyrinə ayağa qalxacaq".

Əmirabadi nüvə anlaşmasının baş verməyən əsas məqsədinin, sanksiyaları ləğv etmək olduğuna işarə edərək, deyib: "Sanksiyalar ləğv edilməsə, öhdəliklərimizi yerinə yetirmək üçün heç bir səbəb görmürük".

 

Teqlər