Vilayəti vurğulayıb;
"ABŞ-ın nüvə anlaşmasına qayıtması şərti sanksiyaların ləğvidir"
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: " ABŞ-ın nüvə anlaşmasına qayıtması üçün şərt bu ölkənin İran İslam Respublikasına qarşı bütün zalımcasına sanksiyalarının ləğvidir".
SəhərAzəri xəbər verir, Əli Əkbər Vilayəti əlavə edib: "İran İslam Respublikası 2015-ci ildə nüvə anlaşmasının imzalanmasından sonra təyin edilmiş möhlətdə və öz öhdəliyi çərçivəsində nüvə fəaliyyətlərini azaltdı və bu sahədə heç bir gecikmə olmadı, Lakin ABŞ tərəfi müvəqqəti olaraq,sanksiyaların bir hissəsini ləğv etdi və qısa müddət sonra yenidən bərpa etdi və sonda da bu anlaşmadan çıxdı".
İslam İnqilabının Böyük Rəhbərinin müşaviri deyib: "Önəmli və təəssüf doğuran budur ki, Avropa İttifaqını təmsil edən üç Fransa, Almaniya və İngiltər ölkəsi də ABŞ-a tabe olaraq, İrana qarşı bir çox məhdudiyyətlər və əslində dolayı sanksiyalar tətbiq etdilər; Lakin Rusiya və Çin bacardıqları qədər bizə kömək etdilər və öz öhdəliklərinə sadiq qaldılar".
Vilayəti əlavə edib: "ABŞ-ın öz öhdəliklərini yerinə yetirməkdə belə bir xronikaya malik olduğu halda, İranın müzakirələrə bədbin olmağa haqqı var, bundan əlavə İran ziyana düşüb və onun ziyanları kompensasiya və təmin edilməlidir".
İslam İnqilabının Böyük Rəhbərinin müşaviri nüvə sənayesinin ana sənaye olduğunu və təxminən 500 sənaye və elmi sahə ilə əlaqədə olduğunu bəyan edərək, vurğulayıb: "Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi NPT-yə üzv olan hər bir hökumət sülhməramlı nüvənin məziyyətlərindən faydalanma hüququna malikdir və indiki dövrdə heç bir ölkə özünü nüvə enerjisinin dinc məqsədli istifadəsindən məhrum edə bilməz".