Yan 13, 2021 13:03 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti deyib: "ABŞ-da Donald Tramp administrasiyasının rəzillik və rüsvayçılıqla sona çatması, zorbalıq, irqçilik və qanunları pozmağın yaxşı nəticə verməyəcəyini göstərdi".

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında, devrilmiş İran Şahının 1979-cu il yanvarın 16-da İrandan qaçmasına toxunaraq, əlavə edib: "Devrilmiş şahın İrandan qaçması rüsvayçılıq, diktatura və xarici müstəmləkəçiliyin İranda sona çatması simvolu idi və bu gündə dünyada başqa bir diktatorun bənzərsiz süqutunun şahididir".

İran İslam Respublikası prezidenti sonra deyib: "Son üç ildə İranın səbirli xalqı ABŞ-ın terrorçu hökuməti qarşısında müqavimət göstərdi və indi təkcə bir hökumətin sonu deyil, həmdə bir siyasətin yəni İranın böyük xalqına qarşı maksimum təzyiq siyasətinin məğlubiyyətidir".

"Üç illik müharibə, zorakılıq və terror aktlarının sonunda İranın iqtisadi vəziyyəti yaxşılaşıb və bütün təzyiqlərə və koronavirusa baxmayaraq, ölkə iqtisadiyyatı müsbət bir tendensiyaya malikdir", - deyə Ruhani qeyd edib.

İran İslam Respublikası prezidenti vurğulayıb: "ABŞ-ın maksimum təzyiq siyasəti və iqtisadi terrorizmi qəti və qaçılmaz bir məğlubiyyətə düçar olub və bu siyasətin müəllifləri də devrilməkdədirlər".

Teqlər