Yan 13, 2021 14:50 Asia/Baku
  • Xətibzadədən Pompeoya cavab:

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi ABŞ dövlət katibinin bazar ertəsi günündəki tvitlərini rüsvayşı karyerasının sonunda isterik qəzəbdən və maksimum təzyiq siyasətinin məğlubiyətə uğramasından qaynaqlandığını bəyan edərək, ona xitabən deyib: " Hiddətlən və bu hiddətdən öl".

SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə ABŞ dövlət katibinin bazar ertəsi günündəki tvitlərinə reaksiyada, onları rüsvayçı nazirlik dövrünün sona çatması ərəfəsində isterik qəzəbdən və maksimum təzyiq siyasətinin məğlubiyətə uğramasından qaynaqlandığını bəyan edib.

O, açıqlamasında bildirib ki, İran İslam Respublikası illərdir ABŞ-ın dövlət terroruna məruz qalır.  

"Bu gün ABŞ bizi "Əl-Qaidə" terrorçu qruplaşmasına yardım etməkdə ittiham edir. Onu bildirim ki, bizim "Əl-Qaidə" və İŞİD-ə qarşı mübarizəmiz həmişə göz önündə olub. Terrorçuları dəstəkləyənlər öz etdiklərini bizim üzərimizə atmağa çalışırlar", - deyə Səid Xətibzadə diqqətə çatdırıb.  

O qeyd edib ki, ABŞ-ın terrorçu qruplaşmalara yardım etməsi dəfələrlə sübut olunub. 

İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif də Pompeonu səsləndirdiyi ittihamlara münasibət bildirib və onları uydurma və Pompeonu müharibə təşəbbüskarlı adlandırıb".

Zərif bu barədə öz Twitter səhifəsində yazıb: "11 sentyabr hadisəsindəki terrorçular Pompeonun Qərbi Asiya regionunda ən çox sevdiyi ölkələrdən olduqları üçün heç kim aldanmayacaq"

Qeyd edək ki, Pompeo, Tehran vaxtı ilə çərşənbə axşamı İranı tənqid edən bir sıra tvitində İranda ABŞ-la münasibətləri normallaşdırmaq istəyən mülayim bir adamı tapmağın çox çətin olduğunu deyib, həmçinin İranı Əl-Qaidə ilə əməkdaşlıqda ittiham edib".

Teqlər