Yan 14, 2021 19:07 Asia/Baku
  • İranla Azərbaycan parlamentlərarası münasibətlərin inkişafına təkid ediblər

İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi və Azərbaycan Respublikasının Tehrandakı səfiri region hadisələri, tərəfləri maraqlandıran əməkdaşlıq sahələri və parlament münasibətlərinin inkişaf yolları barədə məşvərət ediblər.

SəhərAzəri xəbər verir, Hoseyn Əmir Əbdollahiyan bu gün Bünyad Hüseynovla görüşdə İran İslam Respublikasının Qarabağ münaqişəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək verməsinə işarə edərək, ümidvarlıq edibdir ki, bu münaqişənin bitməsilə bir zamanda bölgədə davamlı sülh və asayiş bərqərar olacaq.

Əmir Əbdollahiyan bu görüşün davamında İran və Azərbaycan Respublikasının parlament həmkarlıqlarının gücləndirilməsini mühüm adlandırıb. Bildirib ki, İran İslam Respublikasının İslami Şura Məclisi/ parlament sədrləri, parlament dostluq qrupları və xarici əlaqələr komissiyaları xüsusiyyət təşkil etməklə ixtisas komissiyaları sədrləri də daxil olmaqla müxtəlif səviyyələrdə Azərbaycan Respublikası parlamenti ilə əlaqələrini genişləndirməyə hazırdır.

İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi həmçinin Tehranla Bakı arasında iqtisadi əməkdaşlığın asanlaşdırılması və sürətlənməsini də toxunub. Qeyd edib ki, öz iqtisadi münasibətlər səviyyəsini yüksəltmək üçün böyük imkanlara malik olan İran və Azərbaycan Respublikası onlardan iki xalqın xeyrinə istifadə etməlidirlər.

Əmir Əbdollahiyan daha sonra sionist rejimin Azərbaycan Respublikası ərazisindəki iştirakını regionun sülh və təhlükəsizliyi ilə təzadlı adlandırıb.

Azərbaycan Respublikasının Tehrandakı səfiri də bu görüşdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyinə görə İrana öz minnətdarlığını bildirib. Ümidvar olduğunu bildiribdir ki, iki ölkənin parlamentləri arasında müxtəlif səviyyələrdə aparılan danışıqlar davam edəcək və möhkəmlənəcəkdir.

İran və Azərbaycan Respublikasının/ iqtisadi əməkdaşlıqlar səviyyəsini gücləndirmək üzrə birgə layihələrinə işarə edən Bünyad Hüseynov deyibdir ki, İran kimi qonşular iqtisadi-ticari əlaqələrin gücləndirilməsi sahəsində rəsmi Bakının prioritetində dururlar.

Teqlər