İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin üçüncü gecəsi keçirilib
https://azeri.sahartv.ir/news/İran-i372134-İnqilab_rəhbərinin_iştirakı_ilə_həzrət_zəhra(s.ə)_nın_əzadarlıq_mərasiminin_üçüncü_gecəsi_keçirilib
İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Siddiqeyi-Kübra(s.ə)-nın əzadarlıq mərasiminin üçüncü gecəsi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2021 07:00 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin üçüncü gecəsi keçirilib

İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Siddiqeyi-Kübra(s.ə)-nın əzadarlıq mərasiminin üçüncü gecəsi keçirilib.

SəhərAzəri xəbər verir, bu mərasimdə höccətulislam vəlmuslimin Ali/ Əhli-Beyt(ə)-dan daxil olmuş duaları ilahi fəzilətlər və nurların əldə olunması istiqamətində insan qabiliyyətlərinin artması və Allah-Taala ilə mənəvi əlaqələr üçün dəyərli bir xəzinə adlandırıb və belə deyib: Dua və təvəssül bərəkət yaradan və insanı azma və yayınmalardan çəkindirən amillərdir. Buna görə, insanınn ictimai məsuliyyəti hər nə qədər yüksək olarsa, onun duaya, təvəssülə və Allah-Taala ilə razu-niyaza ehtiyacı bir o qədər çox olar.

Bu mərasimdə həmçinin höccətulislam Ziyayi müsibəti zikr edərək, rozəxanlıq edibdir.

İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Zəhra(s.ə)-ın əzadarlığı mərasimi Fatimiyyə əzadarlıq günlərilə bir vaxtda cümə axşamı günü gecədən başlanıb.

Hər il paklıq Əhli-Beyti(ə) vurğunlarının geniş iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirilən İslam dininin o böyük xanımının əzadarlıq mərasimi bu il koronavirus pandemiyasına görə, insanları iştirakı olmadan keçiriləcək.