Yan 17, 2021 13:49 Asia/Baku
  • könüllülərə koronavirus vaksininin ikinci dozası vurulub

İran peyvəndinin klinik sınağının aparıcısı bildirib ki, koronavirus peyvəndinin könüllüləri ikinci doza almağa hazırdırlar.

SəhərAzəri xəbər verir, Mohəmməd Reza Salehi dünən gecə İranın 2-ci telekanalı ilə müsahibədə əlavə edib: Ötən həftə vaksin vurulmuş 14 nəfərdən üçü ikinci dozanı da alıb. Bu gündən etibarən yerdə qalan şəxslər vaksinin ikinci dozasını vurdurmağa hazırdırlar. İndiyədək ciddi yan təsir baş verməyibdir.

Salehi qripə qarşı rekombinant vaksin haqqında da danışıb. O, deyib: Qrip peyvəndinin vurulmasından yaranan qızdırma çox yayılıb və bəzi hallarda soyuqdəyməyə bənzər vəziyyət yaradır.

İran peyvəndinin klinik sınağının aparıcısı bildirib ki, ikinci mərhələdə ehtimal üzrə, gündə beş yüz nəfər vaksinasiya edilib, sınaqdan keçiriləcək. O, deyib: Könüllülərin sayı 56 nəfərə çatanda vaksinasiya və testin ikinci mərhələsi başlayacaq.

"Kovo İran Bərəkət" adlı İran vaksininin insan üzərində testinin başlanmasından on dörd gün keçəndən sonra, heç bir xəstəlik əlamətləri və dərmanın yan təsirlərinin olmamasına, həmçinin vaksinasiyaya nəzarət ali komitəsi tərəfindən lazımi lisenziyalarına verilməsinə görə, koronavirusa qarşı İran peyvəndinin vurulmasının ikinci etapı yanvarın 12-də ilk üç nəfər üzərində həyata keçirilib.

Peyvəndin ilk dozası indiyədək on dörd nəfərə aşılanıbdır ki, bu miqdar klinik tədqiqat mərhələsində 56 nəfərə çatmalıdır.

Hər bir könüllü ilk inyeksiyadan iki həftə və lazımi tibbi nəzarətdən sonra ikinci inyeksiyasını həyata keçirəcək və bu etapın sonunda vaksinin təhlükəsiz olması layihə üzrə icraçı və nəzarətçi həkim və mütəxəssislər tərəfindən təsdiq olunmalı, sonra isə ikinci etapa və peyvəndin təsiredcilik miqdarının təyin edilməsi mərhələsinə daxil olmalıdır.

Teqlər