İranın Avrasiyaya qaz ixracı 30 faiz artıb
İran Ticarətin İnkişafı Təşkilatı İranın Avrasiya ölkələrinə ixracının 30 faiz artdığını bildirib.
SəhərAzəri xəbər verir, son bir il ərzindəki bu artım dəyər baxımından olub. Nəticədə həmin birliklə ticarət kəsiri 241 milyon dollar miqdarınadək yaxşılaşıbdır.
İranın bu birliyə ixracatı çəki baxımından səkkiz, dəyər cəhətdən isə otuz faizlik artıma malik olubdur.
Həmçinin ötən bir il ərzində İranın Avrasiya Birliyinə üzv olan beş ölkə ilə ticarət dövriyyəsinin həcmi üç milyard 419 milyon dollar təşkil edərək, ondan qabaqkı ilin müvafiq dövrü ilə müqayisədə səkkiz faizlik artıma malik olubdur.
Avrasiya İqtisadi Birliyi beş ölkəni- Rusiya, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Belarusu əhatə edir və imzalanmış müqavilə çərçivəsində İranın bu ölkələrə ixrac olunan 502 ədəd eksport əmtəə malı güzəştli tarifdən bəhrələnibdir.