Cənubi Koreya gəmisinin işi məhkəmə mərhələsindədir
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: Cənubi Koreya gəmisinin işi Fars körfəzinin sularını çirkləndirməsinə görə, məhkəmə rəsmisinin göstərişinə əsasən, məhkəmə mərhələsindədir.
SəhərAzəri xəbər verir, Səid Xətibzadeh sonra deyib: İranda məhkəmə hakimiyyətinin mövqe və qərarları sırf olaraq bu hakimiyyətin sözçüsü tərəfindən elan olunur və qeyri-məsul şəxslərin bu barədəki sözlərinin legitimliyi yoxdur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Koreya gəmisi barədə hər hansı qərar möhtərəm məhkəmə rəsmisinin nəzərindən asılıdır.
İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri yanvarın dördündə Fars körfəzinin ətraf mühit protokollarını pozduğuna görə, ticari adı «HANKUK CHEMI» olan bir Cənubi Koreya gəmisinin saxlanılmasıdan xəbər verdilər. Bu gəmi yeddi min 200 ton neft məmulatı daşıyırmış.
Gəmi hazırda İranın cənubundakı Bəndər-Abbas limanında lövbər salıbdır.