"İran təcavüzkarları darmadağın etməkdə tərəddüd etməyəcək"
https://azeri.sahartv.ir/news/İran-i372173-İran_təcavüzkarları_darmadağın_etməkdə_tərəddüd_etməyəcək
İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın Qərbi Asiyada düşmənçilik hərəkətləri barədə xəbərdarlıq edərək, deyib: "İran təcavüzkarları darmadağın etməkdə tərəddüd etməyəcək".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2021 09:03 Asia/Baku

İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın Qərbi Asiyada düşmənçilik hərəkətləri barədə xəbərdarlıq edərək, deyib: "İran təcavüzkarları darmadağın etməkdə tərəddüd etməyəcək".

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif bazar günü ABŞ bombardmançılarının Qərbi Asiya regionunda patrul etməklərinə reaksiyada, bir tvitdə ABŞ prezidenti donald Trampa xitabən yazıb: "Əgər "B-52H" bombardmançılarının patrulları İranı qorxutmaq və ya xəbərdar etmək üçündürsə, bu milyardlarla dolları vergi ödəyicilərinizin sağlamlığına xərcləməli idiniz".

Zərif sözlərinin davamında qeyd edib: "Son 200 ildə İran heç bir müharibəni baılatmadığı bir halda, təcavüzkarları darmadağın etməkdə tərəddüd etməyəcək".

ABŞ bombardmançı təyyarələri son günlərdə iki dəfə Qərbi Asiya bölgəsində patrul ediblər.