Yan 19, 2021 11:32 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin sonuncu gecəsi keçirilib

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin sonuncu gecəsi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilib.

SəhərAzəri xəbər verir, Bu mərasimdə höccətulislam vəlmuslimin Rəfii Həzrət Zəhra(s.ə)-nı haqqın müdafiəsinin nümunəsi adlandırıb.

O, deyib: "Həzrət Siddiqeyi-Kübra(s.ə)-nın Peyğəmbər(s.ə.s.) məscidindəki tarixi xütbəsi, haqqı müdafiə etməyə qane etmək üçün şəxslərlə üzbəüz söhbəti və vilayət haqqını xatırlatmaq və ultimatum vermək üçün mühacirlərin və ənsar-ların evlərinə müraciət, o həzrətin vilayətin müdafiəsi istiqamətindəki misilsiz və ölməz addımlarındandır".

Bu mərasimdə həmçinin höccətulislam Əkbərpour müsibəti zikr edərək, rozəxanlıq edibdir.

İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Zəhra(s.ə)-ın əzadarlığı mərasimi Fatimiyyə əzadarlıq günlərilə bir vaxtda cümə axşamı günü gecədən başlanıb.

Hər il paklıq Əhli-Beyti(ə) vurğunlarının geniş iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirilən İslam dininin o böyük xanımının əzadarlıq mərasimi bu il koronavirus pandemiyasına görə, insanların iştirakı olmadan keçirilib.

Yanvarın 17-si, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü idi.

 

Teqlər