Cənubi Koreya rəsmisi bildirib:
“İranın tələbi ilə BMT-də məsləhətləşirik”
Cənubi Koreya rəsmilərindən biri İranın BMT-yə olan borcunu İranın bloklanmış vəsaitləri vasitəsilə ödənməsi üçün BMT ilə məsləhətləşdiyini söyləyib.
SəhərAzəri Farsnews xəbər agentliyinin məlumatına istinadən xəbər verir ki, Cənubi Koreyanın media orqanı yanvarın 18-i Tehranın Seuldan BMT-yə borclarını ölkənin bloklanmış fondlarından ödəməsini xahiş etdiyini iddia edib.
KBS radiosu saytının yazdığına görə, Cənubi Koreya İrandan BMT-yə iki Cənubi Koreyanın banklarındakı dondurulmuş varlıqlarından borclarını ödəməsi üçün tələb alıb.
Cənubi Koreya Xarici İşlər Nazirliyindəki mənbə İranın tələbini təsdiqləyib və XİN-in bu mövzuda digər nazirlik və qurumlarla məsləhətləşdiyini söyləyib. Seul İranın bu tələbin mümkün olub-olmadığını BMT ilə də müzakirə edib.
Bu arada, BMT-nin baş katibi Antonio Quterres bazar ertəsi günü İran da daxil olmaqla yeddi ölkənin, üzvlük haqlarının ödənilməməsinə görə, BMT Baş Assambleyasında səs vermək hüquqlarını itirdiyini söyləyib.
Keçən ay İran Ticarət Palatası Cənubi Koreyanın iki bankında saxlanılan vəsaitinin 8,5 milyard dollar olduğunu açıqlamışdı.
İran rəsmiləri əvvəllər bu vəsaitləri sərbəst buraxmaqdan imtina etməklə yanaşı, Seulun bu vəsaitləri saxlamaq üçün pul istədiyini də söyləmişdi.