Zərif: "Tramp tarixin zibil qutusuna qovuşdu"
İranın xarici işlər naziri bir tvitter mesajında Donald Trampın prezidentlik dövrünün sona çatmasına toxunaraq, yazıb: "ABŞ-ın sabiq prezidenti və dövlət katibi tarixin zibil qutusuna qovuşdular".
SəhərAzəri Fars xəbər agentliyinə istinadən xəbər verir ki, Məhəmməd Cavad Zərif bir tvitdə Tramp və ABŞ-ın sabiq dövlət katibi Mayk Pomeonun İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı general Süleymanini terror etdiklərinə toxunaraq, yazıb: "Tramp, Pompeo və onların əməkdaşları bədnam şəkildə tarixin zibil qutusuna atıldılar; Lakin general Süleymaninin adı həmişə parlayacaq".
Zərif davamında yazıb: "General Süleymani və Trampın dövlət və iqtisadi terrorizmi və insanlığa qarşı törtdiyi cinayətlər səbəbindən öldürülən, zərər çəkən və ya qida və dərman preparatlarından məhrum olan minlərlə nəfərin adı və xatirəsi həmişəlik parlayacaq. Bəlkə Vaşinqtonun yeni simaları dərs almış olsunlar".
Qeyd edək ki, dünən gecə Trampın prezidentlik dövrü sona çatdı və Co Bayden ABŞ-ın 46-cı prezidenti olaraq, and içdi".