Yan 22, 2021 18:15 Asia/Baku
  • Zərif: Tramp getdi, biz və Fars Körfəzi ölkələri qaldıq

İranın xarici işlər naziri deyib ki, İran İslam Respublikası regionun təhlükəsizlyinin təmini istiqamətində Fars Körfəzi ölkələri ilə dialoqa hazırdır.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif bildirib ki, Tehranın regionun təhlükəsizlyinin təmini istiqamətində Fars Körfəzi ölkələri ilə dialoqa hazır olması yeni bir məsələ olmayaraq, İran İslam Respublikasının uzaqperspektivli siyasətinin elan olunması deməkdir.

İranın xarici işlər naziri sonra söyləyib: Bəzi Fars Körfəzi ölkələrinə sübut olmuş olmalıdır ki, Trampın təfriqəsalma mahiyyətli siyasətlərinə görə dörd il geri düşdülər.

Zərif deyib: Bu ölkələr dörd il vaxtı itirdilər. Hazırda Tramp gedib; birz və onlar qalmışıq.

Teqlər