İran regionun ən böyük benzin ixracatçısıdır
İran regionun ən böyük benzin ixracatçısıdır
İranın neft nazirinin müavini deyib: "Hazırda İranın Neft Məhsullarının Emalı və Paylanması üzrə Milli Şirkəti regionda ən böyük benzin istehsalçısı və ixracatçısıdır".
İranın neft nazirinin müavini Alirza Sadiqabadi yanvarın 23-də Tehranda keçirilən 25-ci Neft, Qaz, Emal və Neft-Kimya Sərgisi çərçivəsində qeyd edib ki, İranın Neft Məhsullarının Emalı və Paylanması üzrə Milli Şirkəti hazırda Əfqanıstan, Pakistan, Ermənistan, Azərbaycan Respublikası, həmçinin İraq Kürdüstanı Bölgəsinə birbaşa benzin ixrac edir.
İranın neft nazirinin müavini 2017-ci ildə gündəlik 17 milyon litr benzin idxalatına toxunaraq, əlavə edib: "Son üç ildə nəinki benzin idxalatı tam dayandırılıb, həm də 2019-cu ilin iyun ayından benzin ixracatı üçün marketinqə başlanılıb və həmin ilin avqust ayından benzin ixracatına start verilib.
25-ci Neft, Qaz, Emal və Neft-Kimyası Sərgisi cümə günü "Milli Neft, İran Malları və Xidmətləri" devizi altında 550 İran şirkətinin iştirakı ilə Tehranda başlayıb və gələn bazar ertəsinədək davam edəcək.