Yan 27, 2021 12:40 Asia/Baku
  • Region ölkələrinin əməkdaşlığı uzunmüddətli sülh və sabitlik gətirir

İranın xarici işlər naziri region ölkələrinin çoxtərəfli əməkdaşlığının uzunmüddətli sülh və sabitliyə zəmin yaratdığını bildirib.

SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif bu gün İrəvana daxil olarkən Rusiya və Azərbaycan Respublikası rəsmilərilə görüşlərində çoxtərəfli əməkdaşlıqlar barədə məşvərətlərin aparıldığını bildirib. Qeyd edib ki, iqtisadi sahə xüsusiyyət təşkil etməklə region ölkələri arasında əməkdaşlıq zəmini mövcuddur.

İranın xarici işlər naziri İrəvanda Ermənistan Respublikasının baş naziri və xarici işlər naziri ilə görüşdən sonra öz tvitter hesabında yazıb: Son savaşdan sonra birgə regional problem və fürsətləri araşdırdıq.

Regionun bütün ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin önəmini vurğulayan İranın xarici işlər naziri bölgədəki bütün etnosların hüquqlarına riayət edilməsinin vacibliyini qeyd edib.

Məhəmməd Cavad Zərif bildirib ki, kommunikasiya layihələri də daxil olmaqla ikitərəfli münasibətlər və regional əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığın əldə olunması keçmiş rəqabətlərin gələcək sinerjilərə çevrilməsi deməkdir.

İranın xarici işlər naziri son günlər öz regional səfərində Bakı və Moskvaya səfər edib. O, İrəvandakı məşvərətlərindən sonra bu gün Ermənistandan Gürcüstanın paytaxtı Tiflisə yola düşübdür.

O, daha sonra Türkiyə rəsmilərilə görüşmək və onlarla ikitərəfli məsləhətləşmələr aparmaq məqsədilə Ankaraya səfər edəcək.

Teqlər