Koronavirus vaksini 4 istiqamətdən təmin olunacaq
https://azeri.sahartv.ir/news/İran-i372557-koronavirus_vaksini_4_istiqamətdən_təmin_olunacaq
İranın səhiyyə naziri deyib: Dörd mənbədən koronavirus vaksini idxal etmək ardıncayıq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2021 15:14 Asia/Baku
  • Koronavirus vaksini 4 istiqamətdən təmin olunacaq

İranın səhiyyə naziri deyib: Dörd mənbədən koronavirus vaksini idxal etmək ardıncayıq.

SəhərAzəri xəbər verir ki, Səid Nəməki sonra söyləyib: Hindistanda iki istehsalçı, Rusiya, Çin və Avropaya şamil olan dünya üzrə dörd mənbədən vaksin satın almağa çalışırıq və razılaşma işləri başa çatmaq üzrədir.

O, sonra deyib: Kövrək qrupların vaksinasiyası üçün tezliklə ilk yüklər ölkəyə daxil olacaq.

İranın səhiyyə naziri həmçinin deyib: Daxili istehsala gəlincə, Razi institutu klinik sınaq icazəsi alıb və tezliklə bu mərhələyə başlayacaq.

Doktor Nəməki sonra söyləyib: Bizim şimal vilayətlərimiz hələ də iltihablı durumdadırlar; Mazandaranda min yüzdən çox xəstəmiz var.

O, deyib ki, şimal vilayətlərindəki vəfat halları hələ də qəbuledilməz rəqəmlərlə müşayiət olunur.

İranın səhiyyə naziri daha sonra söyləyib: Koronavirusun «ingilis ştammı»nın yeddinci halı Niderlanddan gəlmiş bir müsafirdə aşkar edilsə də onun yaxınlarında problem olmayıbdır.