Zərif Gürcüstanın xarici işlər naziri ilə telefonla danışıb
İran və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlərin və regional məsələlərin son vəziyyəti müzakirə ediblər.
SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın xarici işlər naziri David Zalkaliani ikitərəfli münasibətlərin və regional məsələlərin son vəziyyətini müzakirə ediblər.
Telefon danışığında Zərif gürcü həmkarının tam sağalacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, bu yaxınlarda Gürcüstanın xarici işlər nazirinin koronavirus testi mübət çıxıb və özünü təcrid etdiyi üçün Zəriflə bu ölkəyə səfəri gedişatında əyani görüşə bilməyib.
Məhəmməd Cavad zərif bir heyətə başçılıq edərək, bazar ertəsi günündən Azərbaycan Respublikası, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfərə çıxıb.
Zərif bu gün dördüncü stansiyada Gürcüstanın paytaxtı Tbilisiyə çatıb.
Ankara İran xarici işlər nazirinin regional səfərinin son məqsədidir.