Yan 28, 2021 16:28 Asia/Baku

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın nüvə anlaşmasından çıxmasına baxmayaraq, rəsmi Tehranın öhdəliklərinə sadiq qaldığını xatırladaraq, bu ölkənin dövlət katibinə xitabən deyib:" Trampın İran qarşısında maksimum uğursuzluğunu heç vaxt unutma".

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif öz "Twitter" hesabında ABŞ dövlət katibinə xitabən yazıb: "Həqiqət budur ki, ilk növbədə ABŞ tərəfi nüvə anlaşmasını pozub, İranlıların qida və dərman idxal etməsinə mane olub və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əməl edənləri cəzalandırıb".

O, sözlərinin davamında yazıb: "Amma qarşı tərəfdə İran bu iyrənc biabırçılıq müddətində nüvə sazişinə sadiq qalıb və yalnız nəzərdə tutulan kompensasiya tədbirlərinə əl atıb".

Zərif "İndi ilk addımı kim atmalıdırmı?" sualını verərək, Blinkenə xitabən xatırladıb: "Trampın İran qarşısında maksimum məğlubiyyətini heç vaxt unutma".

Qeyd edək ki, Entoni Blinken cümə axşamı günü səhərçağı ABŞ dövlət katibi kimi özünün ilk mətbuat konfransında İranı nüvə anlaşmasını pozmaqda ittiham edib.

Teqlər