İranın cənub-şərq sərhədlərində ağır narkotik maddələr yükü aşkar edilib
İranın nizam-intizam qüvvələrinin sərhəd qoşunları komandanı ölkənin cənub-şərq sərhədlərində üç tonluq ağır narkotik maddələr yükünün aşkar edildiyini bildirib.
SəhərAzəri xəbər verir, briqada generalı pasdar Əhməd Əli Qudərzi İranın cənub-şərq sərhədçilərinin üç tonluq narkotik maddələr yükünü aşkar etmək üzrə uğuruna işarə ilə deyib: Sərhədlərə nəzarət və onların qorunması, həmçinin sərhəd zolağı boyu hər cür narkomaddə qaçaqmalçılığı ilə qətiyyətli rəftar istiqamətində İranın Sistan və Bəluçestan vilayətinin sərhədçiləri Zabol rayonunun Tasuki sərhəd bölgəsində narkotik maddələr qaçaqmalçılığı üzrə iri bandanın fəaliyyətindən xəbərdar olublar. Dəqiq əməliyyat planı işləyib hazırlayan sərhədçilər nəzarət tədbirlərini gücləndirərək, məsələni özəl şəkildə öz gündəmlərinə daxil ediblər.
O, sonra deyib: Geniş kəşfiyyat tədbirlərinin həyata keçirilməsilə qaçaqmalçıların ehtimal edilən gediş-gəliş istiqamətləri və narkotik maddələr yükünün ölkə daxilinə köçürülməsi üzrə planlaşdırılmış zaman müəyyən edildi. Zabol sərhəd polkunun cəsur sərhədçiləri bir neçə himayə və əməliyyat qrupu formasında məqsədyönlü pusqu əməliyyatı həyata keçirərək, nəzərdə tutulan bölgəni öz nəzarətlərinə aldı və vilayətin sərhəd qoşunlarının kəşfiyyat dəstəyi və əməliyyat istiqamətləndirməsilə narkotik maddələr yükünü aşkar edə bildilər.
İranın nizam-intizam qüvvələrinin sərhəd qoşunları komandanı sonra bildirib ki, sərhədçilər bölgəni təmizləyərkən on ədəd Kalşanikov avtomatı və müvafiq sursatlarla yanaşı, üç ton beş kiloqram tiryək aşkar ediblər.