İranın silahlı qüvvələri ən yüksək müdafiə qüdrəti səviyyəsindədir
İran İslam Respublikası Ordusunun baş komandan əvəzi deyib ki, İranın silahlı qüvvələri ən yüksək müdafiə qüdrəti səviyyəsindədir.
SəhərAzəri xəbər verir, general Mohəmməd Hoseyn Dadrəs İran İslam Respublikası Ordusunun son günlər düşmənlər tərəfindən bəyan edilən ehtimal olunan təhdidlərə cavab istiqamətindəki hazırlığı barədə belə deyib: Düşmənlər yaxşı bilirlər ki, İran İslam Respublikasının silahlı qüvvələri, o sıradan ordusunun hərbi hazılığı yüksək səviyyə və keyfiyyətdədir.
İran İslam Respublikası Ordusunun baş komandan əvəzi daha sonra deyib: Təhdidlər bir ölkənin müdafiə qüdrəti və hazırlığı mövcud olmayanda özünü göstərir və həyata keçir. O, vurğulayıb: Bu gün İran İslam Respublikasının silahlı qüvvələrinin, o sıradan ordusunun hərbi hazılığı o həddədir ki, əgər hər hansı nalayiq hərəkət edilərsə, cavab/ düşmənin addımından daha dağıdıcı və daha güclü olacaqdır.
General Dadrəs sonra ordunun ixtisaslaşdırılmış hərbi təlimlərinin keçirilməsinə toxunaraq, deyib: Bu hərbi təlimlərdə düşmənlərin təhdidlərinə qətiyyətli cavabda öz bacarığımızı yüksək səviyyədə göstərdik.