Zərifin Azərbaycan Respublikasına səfəri strateji önəm daşıyır
https://azeri.sahartv.ir/news/İran-i372720-zərifin_azərbaycan_respublikasına_səfəri_strateji_önəm_daşıyır
İranın Bakıdakı səfiri İran xarici işlər nazirinin Azərbaycan Respublikasına səfəri strateji önəmli səfər adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2021 08:19 Asia/Baku
  • Zərifin Azərbaycan Respublikasına səfəri strateji önəm daşıyır

İranın Bakıdakı səfiri İran xarici işlər nazirinin Azərbaycan Respublikasına səfəri strateji önəmli səfər adlandırıb.

SəhərAzəri xəbər verir ki, Seyyed Əbbas Mousəvi dünən axşam bir tvittdə vurğulayıb ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Naxçıvana səfəri ikitərəfli münasibətləri gücləndirməkdən əlavə, son Qarabağ müharibəsindən sonra bölgədəki qovşaq yolları və əlaqə dəhlizləri baxımından strateji əhəmiyyətə malikdir.

İranın xarici işlər naziri şəraiti araşdırmaq və yerli rəsmilərlə görüşmək məqsədilə şənbə günü Naxçıvan Muxtar Respublikasına daxil oldu.

Zərif Azərbaycan Respublikası, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfərlərdə bu ölkələrin yüksək vəzifəli rəsmiləri ilə görüşərək, onlarla regional əməkdaşlıqlar və ikitərəfli münasibətlər barədə məşvərətlər etdi.