Fev 02, 2021 16:28 Asia/Baku
  • Sahibə Qafarova İran səfiri ilə görüşüb

İİR-nın A. R-dakı səfəri bu gün Az. R. Milli Məclisin Sədri Sahibə Qafarovala görüşüb

SəhərAzəri  xəbər verir ki, İİR-nin Az. R-da səfiri Seyid Abbas Musəvi görüşdə zamanı İranla Azərbaycan əlaqələrinin inkişafına böyük maraq göstərdiyini ifadə edərək bildirilib ki, İran Az. R-nın apardığı 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqqın və ədalətin tərəfində olub.

Ölkəmizin Az. R-dəki səfiri həmçinin 44 günlük hərbi əməliyyatlar zamanı qazanılmış Zəfərə görə Az. R. xalqını və Milli Məclisin Sədrini təbrik edərək Bildirilib ki, hər iki ölkənin yüksək səviyyəli dövlət rəsmiləri arasında mövcud olan münasibətlər iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir. Heç də təsadüfi deyil ki, əməkdaşlığımız artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

 Görüş zamanı Az. R. Milli Məclisinin sədri xanım Sahibə Qafarova da söyləyib: Azərbaycan və İran iki dost və mehriban qonşu ölkələrdir. Bizi bir-birimizə bağlayan tarixi, mədəni və mənəvi dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma şəraitində inkişafı üçün yaxşı zəmin yaradır. İkitərəfli əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolu və siyasi iradəsi mühüm rol oynayır. Bu baxımdan, yüksək səviyyəli görüşlər, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər böyük  əhəmiyyət daşıyır.

Az. R. MM-nin sədri daha sonra söyləyib, Azərbaycanla İran arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərimizə də müsbət təsir edir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi günbəgün artır. Biz belə hesab edirik ki, mövcud potensial bu sahədə daha yüksək göstəricilər əldə etməyə imkan yaradır. O həmçinin Azərbaycanın onun dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi İran İslam Respublikası ilə həyatın digər sahələrində də əlaqələri dərinləşdirmək niyyətində olduğunu söyləyib.

 Görüşdə həmçinin qeyd edilib ki, İran gələcəkdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini intensivləşdirmək, əməkdları daha da dərinləşdirmək niyyətindədir.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə danışılıb.

 

 

 

 

Teqlər