Fev 03, 2021 18:05 Asia/Baku
  • Zərif: Amerika hərbçilərinin regiondan çıxarılması şəhid Süleymaninin terror edilməsinə ən yaxşı cavabdır

İran Xarici işlər naziri, İraq xalqı və hökumətinin, şəhid Qasim Süleymani və şəhid Əbu Mehdi əl-Mühəndisin terroru üzrə məhkəmə prosesini izlədikləri üçün təqdir edərək vurğulayıb: ABŞ qüvvələrinin bölgədəki mövcudluğuna son qoymaq bu terror aktına ən yaxşı cavab olacaqdır.

SəhərAzəri xəbər verir ki, İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin, Tehranda səfərdə olan İraq xarici işlər naziri Fuad Hüseyn ilə görüşü zamanı ikitərəfli münasibətlərin gedişatı ,regional və beynəlxalq mövzular müzakirə edilib.

Görüşdə Zərif İraq hökumətinə  general Sərdar Süleymani  və Əbu Mehdi əl-Mühandisin terroru üzrə məhkəmə prosesini izlədikləri üçün minnətdarlığını bildirərək söyləyib: Ümid edirəm ki bu cinayətin amilləri məhkəmə vasitəsilə öz cinayət və dağıdıcı əməllərinin cəzasını alacaqlar.

Görüşdə İraq Xarici İşlər Naziri Fuad Hüseyn də iki ölkənin nümayəndə heyətlərinin səfərlərini ikitərəfli əlaqələri genişləndirmək cəhdləri kimi dəyərləndirib və müxtəlif sahələr üzrə iki ölkəni maraqlandıran  mövzuları nəzərdən keçirərək, onlarla bağlı öz mövqelərini şərh edib.

Görüşdə İraq Xarici İşlər Naziri, İraq Baş naziri Mustafa əl-Kaziminin iki ölkə arasındakı əlaqələri izləyərək davam etdirilməsini və xüsusi diqqət göstərdiyini vurğulayıb.

Teqlər