Fev 03, 2021 18:36 Asia/Baku
  • Mazandaran vilayətinin ilk düyü partiyası BƏƏ-yə ixrac edilib

Amol şəhərinin istehsalı olan ilk düyü partiyası İranın Beynəlxalq Ticarət Mərkəzi və Düyü İxracatı Terminalından yük maşınlarına yüklənərək, BƏƏ-yə ixrac edilib.

SəhərAzəri xəbər verir ki, İlk düyü partiyasının Amol şəhərində yerləşən İranın Beynəlxalq Ticarət Mərkəzi və Düyü İxracatı Terminalından göndərilməsi Mazandaran vilayətinin çalışqan çəltikçilərinin qəlbində ümid qığılcımı yaradıb.

Tarom düyünün ilk partiyası BƏƏ-yə yola salınıb.

M.M: 75 ton bir nömrəli Tarom Haşimi düyüsü üç konteynerə yüklənərək, qonşu Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilib.

Bu ixtisaslaşdırılmış düyü terminalında gömrük ofisinin yaradılması düyü sahəsindəki tacirlər tərəfindən müsbət qarşılanıb.

M.M: Biz ümumiyyətlə qonşu ölkələr, o cümlədən MDB ölkələri, Fars körfəzi ölkələri, İraq və hətta Avropa ölkələri və Kanadadan sifarişlər alırıq və yaxın vaxtlarda xoş xəbərlərimiz olacaq. 

Hər il İranda təxminən 900 min ton ağ düyü istehsal edilir ki,  ölkə daxili tələbatı ödəməklə bərabər digər ölkələrə ixrac da edilir.

Amol şəhərində düyü ixracı terminalında gömrük ofisinin yaradılması ilə Mazandaran vilayətindən Avropa, Orta Asiya və Ərəb ölkələrinə düyü ixracının artacağı proqnoz edilir.

Teqlər