Saxlanılmış Koreya gəmisinin ekipaj üzvləri azaddırlar
https://azeri.sahartv.ir/news/İran-i372868-saxlanılmış_koreya_gəmisinin_ekipaj_üzvləri_azaddırlar
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: Prokurorluğun hökmü ilə saxlanılmış Koreya gəmisinin ekipaj üzvləri azad şəkildə İranı tərk edə bilərlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2021 08:15 Asia/Baku
  • Saxlanılmış Koreya gəmisinin ekipaj üzvləri azaddırlar

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: Prokurorluğun hökmü ilə saxlanılmış Koreya gəmisinin ekipaj üzvləri azad şəkildə İranı tərk edə bilərlər.

SəhərAzəri xəbər verir, Səid Xətibzadə Bəndər-Abbasda keçirdiyi mətbuat konfransında sonra belə deyib: Bu məsələ Cənubi Koreya səfirinə bəyan edilib və gəminin ekipaj üzvləri istədikləri halda İranı tərk edə bilərlər.

O, «Hörmüz sülhü» layihəsi barədə isə belə söyləyib: Bu layihə regionun təhlükəsizliyi üzrə yerli mexanizmlərə söykənir və regiondaxili danışıqların asanlaşdırılması məqsədilə işlənib hazırlanıbdır.

Xətibzadə daha sonra deyib: Layihənin detalları region ölkələrinə göndərilib, lakin bəzi ölkələr bu sahədə əməkdaşlıq etməyiblər.