Fev 04, 2021 20:22 Asia/Baku
  • Koronavirusa qarşı “Sputnik V” peyvəndinin 500 min dozalıq partiyası İrana çatdırılıb

İranın Rusiyadan aldığı koronavirusa qarşı “Sputnik V” peyvəndinin yarım milyon dozalıq partiyası paytaxt Tehrana çatdırılıb.

SəhərAzəri xəbər verir, peyvəndin ilk partiyasını daşıyan “Mahan” aviaşirkətinə məxsus təyyarə İmam Xomeyni hava limanına enib.

İran Rusiya istehsalı olan “Sputnik V” vaksinlərindən 2 milyon doza sifariş verib.

Yerdə qalan hissənin də yaxın günlərdə İrana gətiriləcəyi və vaksinasiya prosesində istifadə olunacağı bildirilib.

İranın Rusiyadakı səfiri Kazim Cəlalinin dediyinə görə, Rusiyanın vaksini İranda daxil dünyanın 16 ölkəsində qeydiyyatdan keçib.

İranın Rusiyadakı səfiri əlavə etdi: "Rusiyanın Birbaşa İnvestisiya Şirkəti (RDIF) ilə əldə edilən razılığa əsasən, bu vaksinin İran daxilində birgə istehsalı qərara alınıb.

Teqlər