Düşmən İranın tərəqqisinə dözmür
Sepah-ın baş komandanı deyib ki, düşmən İslami İranın irəliləyişlərinə dözmür.
SəhərAzəri xəbər verir, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor pasdar Hoseyn Səlami bu gün İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində «Səbəlan» kombinə dövriyyəli elektrik stansiyasının ilk buxar obyektinin istifadəyə verilməsi mərasimində sonra bildirib ki, düşmən İran xalqının ürəyində ümid nurunun artmasından nigarandır və xalqı yorğun və məyus etmək istəyir.
General Səlami söyləyib: Düşmənlər güclü, inkişaf etmiş İranı, rifahda olan və mömin İranı bəyənmir. Onlar asılı və təslim İranı bəyənirlər, amma biz duruş gətirməkdə davam edəcək və özümüz ölkəmizi quracağıq.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı bildirib ki, İranın ən çox və ən heyranedici irəliləyişləri məhz sanksiya dövründə olub. O, deyib: Çatışmazlıqların aradan qaldırılması və abad bir ölkənin qurulması, düşmənlərə qarşı müharibədən/ çox zəruri və modern bir formadır; buna görə, ölkədə quruculuq dayanmamalıdır.