Fev 08, 2021 10:15 Asia/Baku
  • Yəmən, İran rəsmiləri ilə BMT nümayəndəsi arasındakı məsləhətləşmələrin əsas mövzusu

İran Xarici İşlər Nazirinin Siyasi Məsələlər üzrə Baş müşaviri Əli Əsğər Xacı bu gün Xarici İşlər Nazirliyində BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Griffiths və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

SəhərAzəri xəbər verir ki, Görüşdə iki tərəf, Yəmən böhranını müxtəlif prizmadan müzakirə edərək Yəməndə sülhün bərqərar olunması və böhrana son qoymağın yollarını müzakirə ediblər. 

Görüşdə həmçinin Əli Əsgər Xacı , Yəmən xalqının acınacaqlı vəziyyətinə , müharibə və iqtisadi mühasirə nəticəsində düşdükləri çətin vəziyyətə toxunaraq Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq ictimaiyyəti bu böranı aradan qaldırmaq üçün  müdaxilə etməyə çağıraraq İİR-nın bu  ölkə xalqına Corona ilə mübarizədə humanitar və tibbi yardım göstərməyə hazır olduğunu bildirdi.

BMT nümayəndəsi İran İslam Respublikasının Yəməndə həmçinin bölgədə sülhün yaradılmsındakı mühüm  rolunu vurğulayaraq bu ölkədə atəşkəsin bərqərar edilməsi, iqtisadi blokadanın qaldırılması və siyasi danışıqların davam etdirilməsi üzrə səylərini izah etdi.

 

Teqlər