Fev 09, 2021 09:00 Asia/Baku
  • Tehran və Bakı milli kitabxanaların həmkarlığının genişləndirilməsini vurulayıblar

İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi və Azərbaycan Respublikası milli kitabxanasının direktoru dünən iki ölkəin milli kitabxanaları arasındakı əməkdaşlığın genişləndirilməsini vurğulayıblar.

SəhərAzəri xəbər verir ki, Kərim Tahirov/ Qorbanəli Pourmərcan ilə görüşdə deyib: Biz İranla yaxşı münasibətlərə malikik və bununla bağlı fəxr edirik. Çünki bütün sahələrdə, xüsusən dil, ədəbiyyat, tarix və mədəniyyət sahələrində İranla maksimum ortaqlıqlara malikik və bu əlaqələrin daha da genişlənməsinin tərəfdarıyıq.

Tahirov sonra söyləyib: Biz İranın kitab sərgilərində iştirak etməyə maraqlıyıq. Eləcə də bu ölkənin naşirlərini Azərbaycan Respublikasının beynəlxalq kitab sərgilərində görmək istəyirik.

İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi Azərbaycan Respublikasının milli kitabxanası direktorunun ikitərəfli əməkdaşlıqların inkiafına diqqət yetirməsinə görə təşəkkür edib. O, kitabxanaları ölkələrin yaddaşı adlandırıb və belə deyib: İran İslam Respublikasının milli kitabxanası üç milyon cilddən çox kitab, minlərlə sənəd və qırx mindən çox əlyazma ilə Azərbaycan Respublikası xüsusiyyət təşkil etməklə dost və qonşu ölkələrin kitabxanaları ilə əlaqələrin inkişafına böyük önəm verir.

Teqlər