Fev 09, 2021 12:10 Asia/Baku
  • “Səudiyyə Ərəbistanı bilməlidir ki, Yəməndəki müharibə, ressursların itirilməsidir

İranın Strateji Xarici Əlaqələr Şurasının sədri "Səudiyyə Ərəbistanı və BƏƏ başçılarının Yəməndəki müharibənin faydasız olduğunu başa düşmələrinə işarə edərək deyib: Onlar müharibənin ressursların itkisi olduğunu bilməlidirlər və yeni atmosferdə Yəməndə soy-qırımı dayandırmalıdırlar.

SəhərAzəri xəbər verir ki, BMT Baş katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi Martin Griffiths-in Tehranda İran rəsmiləri ilə danışıqlarına toxunan Seyid Kamal Xərrazi deyib: "Griffiths hiss edir ki, yeni şərait yaranıb və o BMT-nin nümayəndəsi kimi xidmət edə bilər.

İran Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Yəmən müharibəsinə toxunaraq deyib: "Bu müharibənin nəticə verməyəcəyi 6 ildən sonra hamı üçün sübut edildi və səudiyyəlilər böhranın hərbi həll yolu olmadığı bildilər. "  O həmçinin təkid edib ki Yəmən müharibəsi faciə doğurur. Gündə günahsız insanlar bu ölkədə xəsarət alır ya daki həyatını itirir. Bununla belə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin yəmən xalqına qarşı müharibəsi davam edir.

 

Teqlər