Fev 09, 2021 19:10 Asia/Baku
  • Ərdəbildə kombinə dövriyyəli elektrik stansiyası açılıb

Ərdəbilin Səbəlan kombinə dövriyyəli elektrik stansiyasının ilk buxar bloku bu gün İran prezidentinin videokonfrans formasında iştirakı ilə rəsmən istifadəyə verilib.

SəhərAzəri xəbər verir, Layihənin açılış mərasimində İran İslam Respublikasının energetika naziri deyib: Müqəddəs İran İslam Respublikası quruluşunun bərəkətlərindən biri, istilik və qaz elektrik stansiyalarının insası sahəsində iri layihələrin icrası olubdur ki, bu mühüm layihələrdən biri, Ərdəbilin Səbəlan kombinə dövriyyəli elektrik stansiyasıdır.

m.k- Bu elektrik stansiyasında 160 meqavatlıq altı qaz turbini bloku neçə il bundan öncədən işləyirdi. Bu il bu elektrik stansiyasının ilk buxar bloku elektrik şəbəkəsinə qoşuldu. Bu blok heç bir əlavə yanacaq işlətmədən 160 meqavat elektrik enerjisi istehsal edir. İnşaallah, gələn il buxar blokunun digər iki bölməsi şəbəkəyə qoşulacaq ki, xalqın elektrik enerjisinin təmini sahəsində ölkənin iri elektrik stansiyalarından biri kimi kömək edə bilər.

Kombinə dövriyyəli elektrik stansiyalarının özəlliklərindən biri, yanacaq istehlakının miqdarında artım olmadan məhsuldarlığın artmasıdır.

m.k- 433 milyon avroluq və 250 milyard tümənlik investiya/ nəzərdə tutulmuş bütün layihə üçün idi. Əslində elektrik stansiyasının göstərici 33 faizdən 48 faizə çatacaq, yəni yanacaq istehlakında buxar bloku cəhətdən ildə təqribən 760 milyon litr qənaət edəcəyik.

Birinci blokun açılması ilə elektrik stansiyasının gücü 960 meqavatdan 1120 medavata çatıb və gələn il sonrakı blokların açılması ilə bu stansiyanın gücü 1440 meqavata çatacaqdır.

Teqlər