Fev 09, 2021 19:24 Asia/Baku
  • Bu gecə bütün İran «Allahu Əkbər!» nidasına və nura bürünəcək

İslam İnqilabı qələbəsinin ildönümü gecəsində İran şəhərlərinin baş meydanlarının nura bürünməsilə bir zamanda, İranın qeyrətli və inqilabçı xalqı yerli vaxtla saat 21-də «Allahu Əkbər!» nidası verəcək.

SəhərAzəri xəbər verir, İran İslam İnqilabı İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə 1979-cu il fevralın on birində zəfər çaldı.

İslami İran xalqı hər il bu münasibətlə İslam İnqilabı qələbəsinin ildönümü yürüşündə geniş şəkildə iştirak edərək, İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in və İslam İnqilabının Böyük Rəhbəri- Həzrət Ayətullahuluzma Xameneinin amalları ilə öz əhd-peymanını təzələyir.

Bu il koronavirus epidemiyasına görə, bu mərasimlər virtual formada və motosiklet və avtomobil paradı formasında keçiriləcək.

İlahi iyirmi iki bəhmən mərasimi İslami İrandan əlavə, daha 63 ölkədə qeyd olunacaq.

Tehranın Azadi meydanında da sabah, 22 bəhmən günündə İslam İnqilabı Keşikçiləri Korpusunun və bu korpusun hava-kosmos qüvvələrinin nailiyyətləri sərgilənəcək.

Teqlər