Fev 10, 2021 10:22 Asia/Baku
  • İslam İnqilabının qələbəsi münasibətilə İlham Əliyevin təbrik müraciəti

Azərbaycan Respublikasının prezidenti İran İslam Respublikasının prezidentinə müraciətində İslam İnqilabının qələbəsinin ildönümü günü münasibətilə özü və ölkəsinin xalqı tərəfindən İranın hökuməti və xalqını təbrik edib.

SəhərAzəri xəbər verir, İlham Əliyev dünən bu təbrik müraciətində sonra belə qeyd edib: Azərbaycan Respublikası ilə İran arasındakı ikitərəfli münasibətlər xüsusən son illərdə genişlənibdir.

Azərbaycan Respublikasının prezidenti bu təbrik müraciətində vurğulayıb ki, Azərbaycan Respublikası-İran əlaqələri iki ölkənin maraqlarına uyğun şəkildə inkişaf etməkdə davam edəcək.

Belə bir halda, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da İslam İnqilabı qələbəsinin ildönümü günü münasibətilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifə ünvanladığı təbrik müraciətində iki ölkə arasında mövcud olan dostluq münasibətlərinə işarə ilə bildirib ki, qarşılıqlı anlaşma əsasında qurulmuş münasibət və əməkdaşlıqların gələcəkdə də davam edəcəyinə əmindir.

Ceyhun Bayramov həmçinin bu müraciətdə Azərbaycan Respublikası-İran həmkarlıqlarının regional və beynəlxalq səviyyələrdə davam etməsinə təkid edib.

İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə əzəmətli İslam İnqilabı 42 il bundan öncə 1357-ci günəş ili bəhmən ayının 22-də, başqa sözlə, 1979-cu il fevral ayının on birində zəfər çaldı.a

Teqlər