Fev 10, 2021 10:28 Asia/Baku
  • Bütün İranda «Allahu Əkbər!» nidası və nur yağışı

İslam İnqilabı qələbəsinin qırx ikinci ildönümü gecəsində bütün İslami İranda eyni zamanda «Allahu Əkbər!» nidası göylərə ucaldı.

SəhərAzəri xəbər verir, əzəmətli İran İslam İnqilabı qələbəsinin qırx ikinci ildönümü gecəsində dünən yerli vaxtla saat 21-də İslami İran xalqından milyonlarla nəfər evlərin damlarından, həmçinin məscid və küçələrdə iştirak edərək, «Allahu Əkbər!» nidasını verdi.

Həmçinin İslami İranın müxtəlif şəhərlərinin səması nur yağışına büründü.

Bu gün, bəhmən ayının 22-si, fevralın onu, Həzrət İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə İslam İnqilabının qələbəsinin qırx ikinci ildönümü günüdür.

İslami İran xalqı hər il bu münasibətlə İslam İnqilabı qələbəsinin ildönümü yürüşündə milyonluq iştirakla İslam İnqilabının və İslam İnqilabının Böyük Rəhbərinin amalları ilə öz əhd-peymanını təzələyir.

Bu il koronavirus epidemiyasına görə, bu mərasimlər virtual formada və motosiklet və avtomobil paradı formasında keçirilir.

Teqlər