İranlıların İslam İnqilabI qələbəsinin möhtəşəm yürüşündəki fərqli iştirakı dünya medialarında
İran xalqının, İslam İnqilabı zəfərinin 42-ci ildönümü günündə ölkənin hər yerində, koronavirusla mübarizə ilə bağlı səhiyyə protokollarına riayət edərək, möhtəşəm yürüşdə fərqli iştirakı, bir daha dünya medialarının diqqətini çəkib.
SəhərAzəri xəbər verir, Associated Press 22 bəhmən yürüşü ilə bağlı reportajında yazıb: İranlılar bölgədə koronavirus pandemiyası ilə qarşılaşmada 1979-cu il İslam İnqilabının ildönümünü çərşənbə günü insanların küçələrdə piyada şəkildə yürüş keçirmələri kimi həmişəki adət-ənənənin əksinə olaraq, onu öz ailələri ilə yanaşı, şəxsi avtomobil, motosiklet və velosipedlərin hərəkəti ilə keçirdilər.
Washington Post da məhz Associated Press-in reportajını dərc edibdir.
Rusiya informasiya agentliyi "Sputnik" də İslam İnqilabının əzəmətli qələbəsinin ildönümünü əks etdirərək, bu barədə məlumat verib ki, iranlılar Tehranda İslam İnqilabının ildönümünü qeyd etdilər.
İngilis dilində yayılan Sputnik də bir reportajda Tehrandakı Azadi küçəsindən bir film yayıbdır ki, onda Azadi meydanından gözəl bir mənzərə, küçənin iplər, bayraqlar və plakatlarla bəzədilməsi əks etdirilir. İslam İnqilabı qələbəsinin ildönümü mövzulu bu filmdə əllərində İran İslam Respublikasının üçrəngli bayrağını dalğalandıran motosikletsürənlərin sosial məsafəyə riayətlə yürüşdə iştirak etmələri nümayiş etdirilir.
Farsca yayılan "BBC" saytı da yerli mətbuatda dərc olunmuş xəbərlərə istinadən, 22 bəhmən yürüşü haqqında bir xəbər yayımlayıb. Bu sayt həmçinin İranın müdafiə və hərbi nailiyyətlərinin sərgilənməsini diqqət mərkəzinə çəkibdir.