Fev 11, 2021 14:29 Asia/Baku
  • Hələ Amerikanın yeni hökumətində xoşməramlılıq görməmişik

İran prezidenti deyib: Hələ Amerikanın yeni hökumətində xoşməramlılıq görməmişik.

SəhərAzəri xəbər verir, İran prezidenti səhiyyə nazirliyi layihələrinin açılışı mərasimində deyib: Xalqımıza qarşı maksimum təzyiqin uğursuz qalmasına heç kəs tərəddüd etmir. Buna görə, əgər Amerikanın yeni hökuməti öz şüarlarında dürüst olarsa, dərhal öz yolunu dəyişməli və mümkün qədər keçmiş yolu düzəltməlidir.

Həsən Ruhani sönra söyləyib: Amerikada bir terrorçu kənarlaşdırılıb və abırdan düşübdür və yeni hökumət həmin uğursuz və yanlış yoldan tam şəkildə geri dönməlidir.

Prezident sonra bildirib ki, elektron sağlamlıq yaradılaraq, elektron reseptyazma hazırlanıb və bu iş tezliklə yekunlaşdırılacaq. O, deyib: Bu oludqca iri bir addımdır və xalqın daha artıq rahat olmasına səbəb olacaq. Bir çox işlər uzaq məsafədən görüləcək.

O, deyib: Bu gün səkkiz yüzdən çox xəstəxana çarpayısı istifadəyə verildi və bu dövlətin sonunadək minlərlə digər çarpayı istifadəyə veriləcək və bu yol davam edəcək.

İranın səhiyyə naziri də söyləyibdir ki, İran qarşıdakı üç ayadək koronavirus vaksini üzrə böyük istehsalçılardan biri olacaq.

Səid Nəməki daha sonra deyib: Qarşıdakı iki-üç ay ərzində regionda koronavirus vaksini istehsalı üzrə böyük qütblərdən və bu vaksinin dünyaya mühüm ixracatçılarından biri olacağıq.

Teqlər