Naxçıvan MR Ali Məclisinin sədri İslam İnqilabının qələbəsinin ildönümü gününü təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i373155-naxçıvan_mr_ali_məclisinin_sədri_İslam_İnqilabının_qələbəsinin_ildönümü_gününü_təbrik_edib
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri əzəmətli İran İslam İnqilabının qələbəsinin ildönümü gününü təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2021 17:37 Asia/Baku
  • Naxçıvan MR Ali Məclisinin sədri İslam İnqilabının qələbəsinin ildönümü gününü təbrik edib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri əzəmətli İran İslam İnqilabının qələbəsinin ildönümü gününü təbrik edib.

SəhərAzəri xəbər verir, Vasif Talıbov İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə müraciət göndərərək, İslam İnqilabının qələbəsinin ildönümü gününü təbrik edib.

Naxçıvan Muxtar Respublikasının İranla müsbət münasibətlərindən razılıq edən Vasif Talıbov Zərifin Naxçıvana olmuş son səfərinə işarə ilə bu münasibətləri dostcasına, qardaşcasına və genişlənməkdə olan münasibətlər adlandırıb.

Qeyd edək ki, İran İslam Respublikasının Naxçıvandakı baş konsulluğunda İslam İnqilabının qələbəsinin 42-ci ildönümü mərasimi keçirilib. Mərasimdə bir qrup naxçıvanlı və orada yaşayan bir qrup iranlı iştirak edib.