Fev 12, 2021 14:34 Asia/Baku
  • Zəif görmə qabiliyyəti olan iranlı yüngül atlet qızıl medal alıb

Zəif görmə qabiliyyəti olan iranlı yüngül atlet əmirliklərdə keçirilən beynəxalq para atletika yarışlarında rekord sındıraraq, qızıl medal almağa müvəffəq olub.

SəhərAzəri xəbər verir, Əmirliklərdə keçirilməkdə olan para atletika yarışlarında dünən yarışların ikinci günündə və nizəatma növündə İranın zəif görmə qabiliyyətli nizəatanı Behzad Əzizi 64 metr 37 santimetrlik rekord qeydə aldıraraq, qızıl medal qazanıb. Litvadan olan idmançı ikinci, digər iranlı idmançı- Məsud Heydəri ilə üçüncü olubdur.

Yarışların davamında Vəhid Əli Təcimi 400 metrə qaçışda əlli tam yüzdə qırx bir saniyə göstərici ilə üçüncü yerdə durub. Əlcəzair və Türkiyə idmançıları müvafiq olaraq, birinci və ikinci olublar.

«Böyük mükafat-2021» yüngül atletika yarışları 54 ölkədən 602 idmançının iştirakı ilə əmirliklərdə keçirilir.

Teqlər