Kanada və İsveç İran düyüsünün müştəriləridirlər
İranda düyü ixracatı terminalı və beynəlxalq ticarət mərkəzinin icraçı direktoru deyib ki, Kanada və İsveç İran düyüsünə sifarişlər veriblər.
SəhərAzəri xəbər verir, Seyyed Esmail Yəzdanpənah sonra belə deyib: 25 ton ağırlığında olan ilk düyü yükü əmirliklərə ixrac olundu ki, 22 tonluq sifariş Kanada üçün idi.
O, İran düyüsünə sifarişlərin qeydə alınmasının artdığını bildirərək, deyib: İsveçə düyü ixracatına hazırlıq görməkdəyik.
İranda düyü ixracatı terminalı və beynəlxalq ticarət mərkəzinin icraçı direktoru sonra deyib: Bu zavod otuz milyard tüməndən çox büdcə ilə logistik və sınaq imkanlarına malik olub, düyü üzrə ixtisas laboratoriyaları, startap şirkətlər və tədqiqat institutları ilə həmkarlıq etmək və üç istehsal xəttinə malik olmaqla ildə 400 min tona yaxın ağ düyü təmini və onu bütün ölkəyə, eləcə də dünyanın digər nöqtələrinə göndərmək qabiliyyətinə malikdir.