Bizim regionumuz, bizim prioritetimizdir
İranın xarici işlər naziri bildirib ki, Tehranın fəal diplomatiyası irəliləyir.
SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif vurğulayıb: Bizim regionumuz, bizim prioritetimizdir.
Zərif dünən bir tvitter mesajında sonra belə yazıb: Ötən həftə BMT-nin Yəmən məsələləri üzrə xüsusi elçisi Martin Qriffits, bu gün isə Qətərin xarici işlər naziri Muhəmməd bin Əbdurrəhman Ali-Sani ilə görüşdüm.
İran İslam Respublikasının xarici işlər naziri daha sonra söyləyib: İran, Türkiyə və Rusiyanın xarici işlər nazirlərinin müavinləri çərşənbə axşamı günü Soçidə Astana prosesinin irəlilədilməsi ilə bağlı görüş keçirəcəklər. Bizim regionumuz, bizim prioritetimizdir.
İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş köməkçisi Əli Əsğər Xaci başda olmaqla İran İslam Respublikasının nümayəndə heyəti Astana prosesinə üzv ölkələrin baş ekspertlərinin 15-ci beynəlxalq iclasında iştirak məqsədilə dünən axşamçağı Moskvaya daxil olub.