İranın nümayəndə heyəti Vasif Talıbovla görüşüb
İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnourinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşüb.
SəhərAzəri xəbər verir, Müctəba Zonnouri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə görüşdən və Naxçıvana səfərindən məmnun olduğunu qeyd edib.
M. Zonnouri İranla Azərbaycan Respublikası arasındakı münasibətlərin inkişaf etdiyini və İranın daim Azərbaycanın yanında olduğunu bildirib, tarixi qələbə münasibətilə Ali Məclisin sədrinə təbriklərini çatdırıb.Müctəba Zonnouri Vasif Talıbovu İrana dəvət edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri də nümayəndə heyətini Naxçıvan Muxtar Respublikasındagörməkdən məmnunluğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı əlaqələrin və ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni də görüşdə iştirak edib.
İran nümayəndə heyəti Naxçıvana etdikləri bir günlük səfərdə Culfa Qatar Stansiyasını, Culfa Böyük Dəmir Yolu Körpüsünü, Naxçıvan gömrük terminalını, İranla Naxçıvan arasında mühüm keçid nöqtəsi olan körpünü gəzib və işlər barədə səlahiyyətlilərdən məlumat alıb.