COVID-19-la mübarizənin düzgün yolundan uğurlu bir nümunə
Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi şöbəsinin baş müdiri deyib: İran COVID-19-la mübarizənin düzgün yolunu çox tez bir zamanda tapan ölkələrdən biri idi və bu sahədə İran dövlətində əhatəli bir proqram var idi.
SəhərAzəri xəbər verir, Əhməd Əlmənzəri İranın səhiyyə naziri, onun müavinləri, həmçinin səhiyyə nazirliyinin baş müdirləri ilə görüşdə sonra belə deyib: Mən İranı öz ölkəm hesab edirəm və bu, İrana üçüncü səfərimdir və hər dəfə İrana səfər edərkən mən İranın bölgədə və dünyada əsas oyunçu olmasına görə qürur duyur və fəxr edirəm.
O, sonra deyib: İranın səhiyyə sisteminin quruluşu çox çevik, sürətli, cavabdeh və fəaldır, bu da fövqəladə vəziyyətlərdə çox yaxşı bir göstəricidir.
Əlmənzəri sonra söyləyib: İran COVID-19-la mübarizənin düzgün yolunu çox tez bir zamanda tapan ölkələrdən biri idi və bu sahədə İran dövlətində əhatəli bir proqram var idi. İran COVID-19-la mübarizənin düzgün yolundan uğurlu bir nümunədir. Çünki bütün cəmiyyətin bu sahəyə cəlb olunması, müxtəlif orqanların həmkarlığı və anlaşması, eləcə də qüvvələrin səfərbərliyinin şahidi idik. İranın nəzarət və izləmə üzrə iri və əsas strategiyaları var idi.
Ümumdünya Səhiyyə Təşkilatının bu məsul şəxsi sonra deyib: İranın öz ətrafındakı ölkələrlə bir çox sərhədləri var, bu səbəbdən şübhəlilərin müəyyən edilmələri və təcrid olunmaları da daxil olmaqla sərhədlərdəki sağlamlıq problemlərinə nəzarət etmək çox vacibdir.
Əl-Mənzəri əlavə edib: Şərqi Aralıq dənizi ölkələri komitəsinin növbəti iclası Qahirədə keçiriləcək və İranın uğurlu təcrübələrindən istifadə edə biləcəyimizə çox sevinərdik. İrana dəstəyimizin mükəmməl olduğunu və bir iranlıın qısa müddətdə Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi üzrə regional ofisində idarə və maliyyə işləri üzrə direktor olacağına söz veririk.