İran və Naxçıvanın universitetləri və elmi mərkəzləri arasındakı əməkdaşlıq araşdırılıb
İranın Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni, Naxçıvan Müxtar Respublikasının Dövlət Universitetinin rektoru Elbrus İsayevlə görüşüb və İran və Naxçıvanın universitetləri və elmi mərkəzləri arasındakı əməkdaşlığı müzakirə edib.
SaharAzeri xəbər verir, Naxçıvan Müxtar Respublikasının Dövlət Universitetinin rektoru bu görüşdə, İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin, xüsusilə də elmi və mədəni sahələrdə dərinləşdirilməsi üçün atılacaq əhəmiyyətli addımlardan məmnunluq ifadə edib.
İsayev Tehran və Təbriz universitetləri başda olmaqla İranın müxtəlif universitetləri ilə əməkdaşlığı əhəmiyyətli hesab edib və Naxçıvan Dövlət Universitetinin Şərq Dilləri bölməsində Fars Dili Tədris Mərkəzinin fəaliyyətinin İran İslam Respublikası ilə əlaqələrin əhəmiyyəti və mövqeyini göstərdiyini söyləyib.
İranın Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni də İranın xarici işlər naziri və İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov arsında elmi və mədəni sahələrdə aparılan danışıqlara toxunub və baş Konsulluğun bu sektorda əlaqələrin dərinləşməsi üçün hər cür köməyə hazır olduğunu bildirib.