İran Ermənistanda tərəfləri zorakılıqdan çəkinməyə çağırır
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ermənistandakı bütün tərəfləri təmkinli olmağa və zorakılıqdan çəkinməyə çağırıb.
SaharAzeri xəbər verir, Səid Xətibzadə Ermənistanda baş verən son hadisələrə reaksiyada deyib: Biz Ermənistanda baş verən hadisələri diqqətlə izləyirik.
Ermənistanda hökumət əleyhinə etirazlar 2020-ci ilin noyabr ayından bəri davam edir.
Ermənistandakı müxalif partiyalar yekdilliklə Paşinyanın istefasını tələb edirlər. Onlar bu ölkənin sabiq baş naziri Vazgen Manukyanı hökuməti idarə etməyə namizəd kimi irəli sürüblər.
Ermənistan ordusunun bu ölkənin baş naziri Nikol Paşinyanın istefa verməsi və kənara çəkilməsini istəməsinin ardınca Paşinyan bu addımı hərbi çevriliş adlandırıb. O, Ermənistanın paytaxtı Yerevanın «Respublika» meydanında öz tərəfdarları ilə söhbət edib.