İran vaksin istehsalı və ixracatı qütbü olmaq ərəfəsindədir
https://azeri.sahartv.ir/news/İran-i373746-İran_vaksin_istehsalı_və_ixracatı_qütbü_olmaq_ərəfəsindədir
İranın səhiyyə naziri deyib: Ölkəmiz gələn ilin yazına qədər dünyada vaksin istehsalı və ixracının əsas qütblərindən birinə çevriləcək.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 26, 2021 17:23 Asia/Baku
  • İran vaksin istehsalı və ixracatı qütbü olmaq ərəfəsindədir

İranın səhiyyə naziri deyib: Ölkəmiz gələn ilin yazına qədər dünyada vaksin istehsalı və ixracının əsas qütblərindən birinə çevriləcək.

SaharAzeri xəbər verir, Səid Nəməki Qom şəhərində böyük təqlid mərcələri ilə görüşün kənarında deyib: İran alimlərinin iranlı vaksini istehsalı sahəsindəki irəliləyişləri diqqətəlayiq və heyrətamiz olub. Tezliklə nəinki vaksin istehsalında iqtisadi cəhətdən özünütəmin səviyyəsinə çatacağıq, həm də bu sahədə ixracatçılardan birinə çevriləcəyik.

O, sonra söyləyib: Bütün sanksiyalara və koronavirus şəraitinə rəğmən, dərman və tibbi ləvazimat sahəsində yaxşı nailiyyətlər əldə etmişik. Belə ki, bu il nəinki bir milyard dollar qənaət, həm də digər ölkələrə iri miqdarda ventilyator maska ixrac edilibdir.