Fev 28, 2021 22:53 Asia/Baku
  • İran güləşçilərinin Ukrayna beynəlxalq yarışlarındakı uğurları

İran güləşçiləri Ukrayna beynəlxalq yarışlarının sonunda üç qızıl, iki gümüş və üç bürünc medal qazanıblar.

SəhərAzəri xəbər verir ki, Yarışların sonunda və sərbəst güləşdə İranın beşnəfərlik komandası Mohəmməd Sadeq Firuzpurun vasitəsilə yetmiş dörd kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

Yunan-Roma güləşində də Əlireza Necati və Mohəmməd Əli Gərayi altmış və yetmiş yeddi kiloqram çəki dərəcələrində qızıl, Səccad Əbbaspour və Əmin Kavyaninejad isə əlli beş və yetmiş yeddi kiloqram çəki dərəcələrində gümüş medal qazanıblar.

Həmçinin Mohəmməd Reza Moxtari, Məhdi Bali və Əmin Mirzazadeh müvafiq olaraq, yetmiş iki, doxsan yeddi və yüz otuz kiloqram çəki dərəcələrində yunan-roma güləşində bürünc medal alıblar.

Ukraynanın ən yaxşı məşqçiləri və güləşçilərinin kuboku uğrunda güləş yarışları cümə günündən sərbəst, yunan-roma və qadınlar bölməsində Ukrayanın Kiyev şəhərində başlanıb və bu gün başa çatıbdır.

Teqlər